Yay transfer dönəminin ən fəal komandası olan "Real" növbəti oyunçunu heyətinə qatıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kral klubu" Yaponiya yığmasının yarımmüdafiəçisi Takefusa Kubo ilə anlaşıb.

2016-cı ildən ölkəsində "Tokio" klubunun şərəfini qoruyan 18 yaşlı hücumameyilli oyunçu "kral klubu" ilə 5 illik müqavilə imzalayıb. Kubonu 2011-2015-ci illərdə aşağı yaş qrupunda oynadığı "Barselona" da qaytarmaq istəyirdi. Lakin oyunçu kataloniyalıların əzəli rəqibini üstün tutub. Futbolçu əvvəlcə "Real"ın əvəzedici komandası sayılan "Kastilya"da çıxış edəcək.

Qeyd edək ki, "Real" Kuboya qədər bu yay Eden Azar, Luka Yoviç, Militao, Rodriqo və Ferlan Mendini heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest