"Milan" klubu əfsanələri Paolo Maldini və Zvonimir Bobanı qaytarıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hər iki şəxs bundan sonra "rossonyerlər"də çalışacaq.

Boban klub rəhbərliyində təmsil olunacaq. Əvvəllər FİFA-da çalışmış 50 yaşlı xorvariyalı mütəxəssis yeni yaradılan futbol şöbəsinin müdiri təyin edilib. Əfsanəvi kapitan Paolo Maldini isə texniki direktor kimi fəaliyyət göstərəcək. O, ötən ilin yayında kluba dönmüş və bir müddət strateji inkişafın direktoru vəzifəsində çalışmışdı.

Boban və Maldini "rossonyerlər"in baş direktoru İvan Qazidislə birlikdə sıx əməkdaşlıq çərçivəsində çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest