Məşhur L'Equipe nəşri dünyanın ən yaxşı gənc futbolçularının siyahısını dərc edib. Matc.az saytı xəbər verir ki, cədvələ yalnız 20 yaşadək futbolçular salınıb.

Nəşr geridə qalan mövsümdəki çıxışa əsasən, "Ayaks"ın kapitanı Matteys van Liqti ən yaxşı gənc oyunçu hesab edib. Onu Dortmund "Borussiya"sından Ceydon Sanço izləyibsə, ilk "üçlüy"ü "Bayer"li Kay Haverts qapayıb.

 

Ən yaxşı 10 gənc

1. Matteys de Liqt ("Ayaks")

2. Ceydon Sanço ("Borussiya", Dortmund)

3. Kay Haverts ("Bayer")

4. Joao Feliks ("Benfika")

5. Canluici Donnarumma ("Milan")

6. Nikolo Zaniolo ("Roma")

7. Moyze Kin ("Yuventus")

8. Vinisyus Junior ("Real")

9. Deklan Rays ("Vest Hem")

10. İbraima Konate ("Leypziq")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest