Əyalət klubunun növbəti transferi daha bir keçmiş oyunçusu olub. "Qırmızı-qaralar" Sadiq Quliyevi də komandaya qaytarıb. Qəbələ Futbol Akademiyasının yetirməsi olan Sadiqin Premyer Liqada ilk klubu da "Qəbələ" olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə "qırmızı-qara" forma geyinib.

"Qəbələ" 2019-2020-ci illər mövsümünün transfer çalışmalarına start verib. Matc.az saytının məlumatına görə, klub yay fasiləsində iki rəsmi keçidi birdən açıqlayıb.

Belə ki, "qırmızı-qaralar" ilk olaraq Kamal Mirzəyevi heyətinə qatıb. "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2012/13 mövsümündə də "Qəbələ"nin şərəfini qoruyan Mirzəyevin Premyer Liqada debütü də "qırmızı-qara" formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AZAL (44 oyun, 1 qol), "Sumqayıt"da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə "Zirə"nin formasını geyinib. O, 13 qarşılaşmada meydana çıxıb. ümumilikdə Premyer Liqada 80 matç keçirən yarımmüdafiəçinin aktivində 1 qol var.

Kamal Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.

Əyalət klubunun növbəti transferi daha bir keçmiş oyunçusu olub. "Qırmızı-qaralar" Sadiq Quliyevi də komandaya qaytarıb.

Qəbələ Futbol Akademiyasının yetirməsi olan Sadiqin Premyer Liqada ilk klubu da "Qəbələ" olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə "qırmızı-qara" forma geyinib. Müdafiəçi bu müddətdə 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib.

"Qəbələ"dən başqa yalnız "Zirə"də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində çıxış edib. O, Premyer Liqada ümumilikdə 74 oyun keçirib.

Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.

 

Kamal Mirzəyev «Qəbələ»də

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest