"Ağ-qaralar" qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla" (Poltava) klubu olacaq.

Türkiyədə hazırlıq keçən "Neftçi" klubunun yoxlama görüşündə qarşılaşacağı daha bir rəqibi müəyyənləşib. Matc.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyunun 20-də "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydanında Rusiyanın "SKA-Xabarovsk" klubu ilə üz-üzə gələcək.  

Qeyd edək ki, "ağ-qaralar" qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla" (Poltava) klubu olacaq.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest