"Nitsa" azarkeşləri Fransa Liqa 1-in 14-cü turunda "Lorient"ə qarşı (1:3) oyundan sonra yarımmüdafiəçi Ceremi Boqa və hücumçu Teremas Moffiyə hücum ediblər.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Bildirilir ki, "Nitsa" oyunçuları səfər oyunlarından sonra komandanın bazasına qayıdıblar. Ardıcıl alınan 6 məğlubiyyətdən qəzəblənən 400 azarkeş onları orada gözləyib. Azarkeşlər baş məşqçi Frank Ezenin istefasını tələb edərək qışqırıblar, sonra mübahisə etməyə, tüpürməyə və oyunçulara zərbələr endirməyə başlayıblar. Ən çox xəsarət alanlar Ceremi Boqa və Teremas Moffi olub.

Qeyd edək ki, bu oyundan sonra "Nitsa" Liqa 1-in turnir cədvəlində 17 xalla 10-cu yerdədir. Avropa Liqasında isə aktivində xal olmayan Fransa komandası sonuncu sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest