Futzal UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Benfika” – “Araz-Naxçıvan” oyununa təyinatlar açıqlanıb.
Matc.az xəbər verir ki, oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüş dekabrın 5-də keçiriləcək. Bu komandalar arasında Bakıda keçirilmiş matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
“Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan)
UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunu
İlk oyun: 9:0
5 dekabr. Lissabon. Pavilhao Fidelidade. Saat 21:30
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska
(Hakimlər briqadası Serbiyadandır)
Timekeeper: Srdjan Mihayloviç (Serbiya)
Hakim-inspektor: Sven Eichler (Almaniya)
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka)












