- "Qarabağ" son illərin ən zəif avrokubok mövsümünü keçirir. Sanki "onurğa sütunu" da zəifləyib. Yay transferləri də zəif təsir bağışlayır. Razısız ki, komanda ötən illərlə müqayisədə oyun planında geriləyib?
- Onları nə qədər müdafiə etsəm də, nəticəyə görə, daha çox xoş sözlər deyə bilmərik. Amma, xüsusən də, milli üzvləri çox yorulurlar. 3 fərqli turnirdə iştirak edirlər. Heç də pis mövsüm keçirmirlər. Qara və Maksimin oyun sayı kifayət qədərdi. Bu, onların həm fiziki, həm də psixoloji hazırlıqlarının yüksək səviyyədə olmasını göstərir. Belə oyunlarda müdafiəçilərin səhvləri daha çox gözə çarpır. Amma onları qınaya bilmərəm. Desəm ki, az məşq edirik, qətiyyən belə deyil. Futbol dəyişilir. Məşqimiz olmadıqda belə teoriyalarımız, toplanışlarımız olur, rəqibin oyununu analiz edirik. Məğlub ola bilərik. Futbol elə peşədi ki, həvəsdən düşmək olmaz. Bizdən böyük klublar, futbolçular da uğursuzluq zolağına düşüb, sonra ordan çıxa biliblər. Düşünürəm ki, biz həmişə bir yerdə pis durumdan çıxmışıq. Futbolçularıma güvənirəm. Transferlərimizin oyunu bəzən alınır, bəzən alınmır. Yaratmaq istər-istəməz çətindi, nəinki dağıdıcı oyun göstərmək. Futbolçularımın yanındayam. çalışmalıyıq daha yaxşı kollektiv göstərək.
- Halldorssonu dekabra qədər komandada görəcəyik?
- Bu günə qədər görmüsünüz. Qapıçı ən ağır mövqedi. Meydandakı 10 futbolçunu daim dəyişə bilirsən. Amma qapıçını dəyişmək əlavə itki deməkdi. Bu günə kimi bütün qapıçılara şans vermişik. Sabah Hannesi də, Şahruddini də qapıda görə bilərsiniz. Sadəcə, bu gün belə qərar vermişik
- Qoldan sonra Emeqaranın yerinə Mahir Mədətovu meydana buraxdıq. Mahiri müdafiəçinin yerinə oyuna qoşa bilməzdiz?
- Hücumlarımız Donald və Maksim üzərində qurulmuşdu. Arxada təkcə Rəşad və Kuba, onların da önündə Qara qalırdı. Qalanları hücuma çıxmışdı. Rəqibin oyununa görə belə futbola üstünlük vermişdik.
- Əvəzetmələr ümidlərinizi doğrultmudu?
- Nəticə dəyişməyibsə, deməli, özlərini doğrultmayıblar. Amma qol epizodlarına baxsaq, heç də pis çıxış etmədilər. Sanki 3-5 metrdən top qapıdan keçmədi. Hər bir futbolçuya güvənirəm. Sonradan meydana girənlər özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Hər birindən razı qaldım.