Ağdamın "Qarabağ" klubu antirekorda imza atıb. Matç.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi ilk dəfə avrokuboklarının qrupunun ilk dövrəsini həm xalsız, həm qolsuz başa vurur.

4-cü dəfə Avropa Liqasının qrupunda çıxış edən, hesabında çempionlar Liqasının da qrupu olan Qurban Qurbanovun yetirmələri əvvəlki cəhdlərində dövrəni ən azı 1 xalla tamamlayırdı. çempionumuzun ilk üç oyunda qol vurmamasına da təsadüf olunmamışdı.

Ağdamlılar 2 dəfə dörd, 1 dəfə üç, 1 dəfə isə bir xal qazandığı dövrədə həmişə qol sevinci də yaşamışdı. Bu dəfə "Sportinq"ə 0:2, "Arsenal"a 0:3 uduzan "Qarabağ" "Vorskla" ilə görüşdə də seriyanı qıra bilməyib – 0:1.

Digər Azərbaycan klubları "Neftçi" və "Qəbələ"nin qrupdakı çıxışlarına baxsaq, ilk dövrəni belə uğursuz başa vuran olmayıb. Düzdü, "Qəbələ" ikinci cəhdində dövrəni xalsız tamamlayıb. Lakin ən azı qol sevinci yaşayan "qırmızı-qaralar"ın top fərqi də daha yaxşı olub.

2012/13

Neftçi

0

1

2

1-4

1

2014/15

Qarabağ

1

1

1

1-2

4

2015/16

Qarabağ

1

0

2

2-4

3

2015/16

Qəbələ

0

1

2

2-5

1

2016/17

Qarabağ

1

1

1

5-7

4

2016/17

Qəbələ

0

0

3

3-7

0

2017/18

Qarabağ

0

1

2

1-8

1

2018/19

Qarabağ

0

0

3

0-6

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest