"Monterrey"də oynayan "Rea"ın sabiq futbolçusu Serxio Ramos Meksika klubundan ayrıldığını açıqlayıb.

Matc.az xəbər verir ki, O, bu açıqlamanı "Toluka" ilə oyundan dərhal sonra verib.

Təcrübəli ispaniyalı futbolçu jurnalistlərə Meksikada son oyununu keçirdiyini təsdiqləyib.

"Monterrey" yarımfinalın ilk duelində "Toluka"ya 1:0 hesabı ilə qalib gəlib. Lakin Ramosunda fərqləndiyi ikinci oyunda 3:2 hesabı ilə məğlub olduğundan, finala rəqib komanda yüksəlib.

Qeyd edək ki, Ramos bu ilin fevral ayından "Monterrey"də oynayır. 39 yaşlı futbolçu Meksika komandasında 32 oyun keçirib, 7 qol vurub, 10 sarı və 1 qırmızı vərəqə alıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest