"Real"ın yarımmüdafiəçisi Markos Lyorente klubunu dəyişib. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 24 yaşlı futbolçu Madrid şəhərinin digər təmsilçisi "Atletiko"ya keçib.

Belə ki, tərəflər arasında bu keçidlə bağlı danışıq olub və müsbət nəticələnib. "Atletiko" rəhbərliyi ona komandanı tərk etməyə hazırlaşan Rodriyə layiqli əvəzləyici gözü ilə baxır. Yaxın günlərdə keçid rəsmən açıqlanacaq.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Markos Lyorente 2016-17 mövsümünü icarə əsasında "Alaves"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest