"Sperantsa" adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır"

"Sperantsa" adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır". Matc.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticələrinə münasibət bildirən italiyalı mütəxəssis ilk oyunun evdə keçiriləcəyini üstünlük hesab etdiyini qeyd edib: "Biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik. Təbii ki, Moldova çempionatını, "Sperantsa"nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odur ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq".

Qeyd edək ki, "Neftçi" və "Sperantsa" arasında ilk oyun iyulun 11-i "Bakcell Arena"da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest