Bu gün çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə birinci raunddan keçəcək komandalar mümkün rəqiblərini tanıyıblar.

Azərbaycan çempionu "Qarabağ" əgər ilk mərhələni keçsə, ikinci təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

 

çempionlar Liqası

II təsnifat mərhələsi

"Dundalk" (İrlandiya)/"Riqa" (Latviya) cütünün qalibi - "Partizani" (Albaniya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi

 

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bundan bir həftə sonra keçiriləcək. 23-24 iyul və 30-31 iyul tarixlərində isə II raundun görüşləri olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest