"Bavariya"nın müdafiəçisi Mats Hummels klubunu dəyişib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı futbolçu sabiq klubu Dortmund "Borussiya"sına qayıdıb.

Müqavilənin detalları barədə məlumat verilməsə də, Hummelsin yeni mövsümdən "Borussiya"nın formasını geyinəcəyi açıqlanıb. "Kicker" nəşri transferin münhenlilərə bonuslarla birlikdə 38 milyon avro qazandıracağını yazıb. Onun köhnə-yeni komandasında illik məvacibi 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Mats Hummels 2016-cı ildə "Borussiya"dan "Bavariya"ya 35 milyon avroya keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest