"Keşlə" futbolçusu Samir Məsimovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçinin gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Məsimov bakılılara ötən ilin yayında "Fakel"dən keçmişdi.

Qeyd edək ki, "Keşlə" Samir Məsimova qədər Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Sumqayıt"), Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko və Anxelo Penanı yola salmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest