PSJ-nin hücumçusu Neymar haqqında gəzən söz-söhbətlərə münasibət bildirib. Matc.az xəbər verir ki, İspaniya mətbuatına qısa açıqlama verən superulduz Fransada qalmaq istəmədiyini açıq şəkildə bildirib.

Braziliya millisinin üzvü "Barselona"ya qayıtmaq niyyətini gizlətməyib: "PSJ-dən ayrılmaq və evimə qayıtmaq istəyirəm". Paris təmsilçisinin prezidenti Nasser əl-Xelaifiyə də bu fikrini açıq şəkildə bildirən 27 yaşlı forvard hətta Barselonada ev axtarışına başlayıb. O, "Barselona"da çıxış etdiyi vaxt yaşadığı evin hazırkı sahibi ilə bu barədə söhbət də edib.

PSJ isə futbolçusunu 220 milyon avrodan ucuz qiymətə satmaq fikrində deyil. Məbləğin azaldılması üçün Usman Dembelenin vətəninə dönməsi istisna edilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest