"Napoli"nin müdafiəçisi Kalidu Kulibali daha bir klubun maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, son olaraq "Mançester Siti" ulduz futbolçunun transferi üçün yarışa qoşulub.

"Şəhərlilər" bununla bağlı Neapol təmsilçisi ilə danışıqlara başlayıb. Premyer Liqa çempionu hətta vaxt itirmədən rəsmi təklif də göndərib. Belə ki, "Mançester Siti" 27 yaşlı mərkəz müdafiəçisinin keçidi müqabilində 95 milyon avrosundan keçməyə hazırdı.

Qeyd edək ki, Kalidu Kulibali ötən mövsüm A seriyasında 35 matçda iştirak edib, 2 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest