Rusiya klubu ilə qarşılaşma Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində baş tutub. "Hendek Atatürk" stadionunda Bakı vaxtı ilə saat 18:00-da start götürən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama görüşünə çıxıb. Matc.az saytının məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək "ağ-qaralar" "OİK-Xabarovsk"la üz-üzə gəlib.

Rusiya klubu ilə qarşılaşma Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində baş tutub. "Hendek Atatürk" stadionunda Bakı vaxtı ilə saat 18:00-da start götürən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

 

Yoxlama görüşü

20 iyun

"Neftçi" - "OİK-Xabarovsk" (Rusiya) - 3:1
Namiq Ələsgərov, 22; Rəhman Hacıyev, 28; Emin Mahmudov, 45
Topuk yaylası. "Hendek Atatürk" stadionu

"Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 19.Rauf Əliyev, 26.Ömər Buludov, 36.Mamadu Kane.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Voislav Stankoviç, 20.Elnur Süleymanov, 25.Kirilo Petrov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 51.Mehmet Serin, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest