"Mançester Siti"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kayl Uolkerdən sonra digər cinah müdafiəçisi Aleksandr Zinçenko da yeni müqaviləyə qol çəkib.

ötən mövsüm sərgilədiyi oyunla baş məşqçi Pep Qvardiolanın gözünə girməyi bacaran Ukrayna millisinin üzvü yeni 5 illik saziş imzalayıb. Klub 22 yaşlı oyunçunun anlaşmasını yaxın günlərdə rəsmən açıqlayacaq.

Qvardiola növbəti mövsüm onu əsas heyətin əvəzedilməzləri arasında görür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest