"Neftçi"nin yetirməsi Mirabdulla Abbasovla 2019-20 mövsümünün sonunda bitməli olan müqavilə müddətini artırıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, anlaşmaya görə, 24 yaşlı hücumçu 2021-ci ilin yayına qədər "ağ-qaralar"a məxsus olacaq.

Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün rəhbərliyə müraciət edib. Klub bu addımın həm gənc futbolçu, həm də gələcəkdə komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün 1 illik "Səbail"ə icarəyə verilib.

Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində "Neftçi"nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest