13 Yanvar 2026, 12:22
TOP OYUNLARI
Futzal üzrə Azərbaycan millisinin yanvarın 22-si və 24-də Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
İlk duel yanvarın 22-də, saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunan ikinci görüşün start fiti isə 16:00-da səsləndiriləcək.
Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.




_1768305565.jpg)







