“Mingəçevir” mövsümün ikinci dövrəsinə hazırlıqlara start verib.

Matc.az xəbər verir ki, bölgə təmsilçisi yanvarın 21-dək Bakıda hazırlaşacaq.

Klub 7 futbolçu ilə yollarını ayırdığını və əvəzində 5 futbolçu ilə ilkin müqavilə imzalandığını bildirib. Oyunçuların adları hələ açıqlanmayıb.

“Mingəçevir” I Liqada 12 turdan sonra 21 xalla 4-cü sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest