"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının məlumatına görə, Tula təmsilçisi yoxlama görüşündə qüvvəsini sınayıb.

Rusiya ikinci liqa klubu "Avanqard"la qarşılaşan Premyer Liqa təmsilçisi böyük hesabla məğlub olub. Belə ki, Tuladakı oyunun ilk hissəsində 3 cavabsız qol vuran "Avanqard" fasilədən sonra daha bir dəfə fərqlənərək, 4:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Neftçi" Avropa Liqasında I təsnifat mərhələsini keçsə, növbəti raundda "Arsenal"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest