Məşhur futbolçu Fernando Torres karyerasını bitirib. Matc.az xəbər verir ki, bunu ispaniyalı hücumçu özü bəyan edib.

35 yaşlı forvard tvitter səhifəsi vasitəsilə futboldan getdiyini bildirib: "18 maraqlı ildən sonra karyeramı bitirməyin vaxtıdı".

Karyerası ərzində "Atletiko", "Liverpul", "çelsi" kimi klubların şərəfini qorumuş Fernando Torresin son komandası Yaponiya təmsilçisi "Saqan Tosu" olub.

"çelsi" ilə çempionlar Liqası, Avropa Liqası və İngiltərə Kubokunu, "Atletiko" ilə Avropa Liqasını qazanan Fernando Torres İspaniya millisinin heyətində 1 dəfə dünya (2010), 2 dəfə isə (2008, 2012) Avropa çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest