"Barselona" aparıcı oyunçularından olan Rafinya sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vinger sağ ayaq əzələləsindən zədə alıb. 29 yaşlı futbolçu sabah "Real Sosyedad"a qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 18 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest