Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Səbail" Bolqarıstanda təlim-məşq toplanışını davam etdirir. Paytaxt təmsilçisi bu gün ilk yoxlama görüşünə çıxacaq. Aftandil Hacıyev yetirmələrini yerli "Lokomotiv"lə oyunda sınayacaq.

ölkəmizi Avropa Liqasında təmsil edəcək "Səbail" Bolqarıstanda təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün ilk yoxlama görüşünə çıxıb.

Aftandil Hacıyev yetirmələrini yerli "Lokomotiv"lə oyunda sınayıb. Plovdiv təmsilçisinin ilk hissədə vurduğu qol yeganə olub və bakılılar meydanı məğlub tərk edib.

Qeyd edək ki, Bakı toplanışı zamanı "Qarabağ"a məğlub olan (1:3) "Səbail" Bolqarıstanda daha 3 oyun keçirəcək. Komanda iyunun 25-də "Beroe" (Bolqarıstan), 28-də "Klinçeni" (Rumıniya), iyulun 1-də isə "FK Makedoniya" (Makedoniya) ilə qarşılaşacaq.

 

Yoxlama görüşü

21 iyun

"Səbail" - "Lokomotiv" (Plovdiv, Bolqarıstan) - 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest