"Trabzonspor" baş məşqçi Fatih Tekkenin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Baş məşqçi və onun köməkçilərinin illik maaşı ümumilikdə 90 milyon TL təşkil edəcək.

Qeyd edək ki, Fatih Tekke 2025-ci ilin mart ayında "Trabzonspor"un baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda Super Liqada 18 turdan sonra 38 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest