ötən mövsümün gedişində "Sabah"dan ayrılan Miloş Bosançiç özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, serbiyalı futbolçu çexiyaya qayıdıb.

Belə ki, 31 yaşlı yarımmüdafiəçi sabiq komandası "Slovan"la anlaşıb. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat verib. Liberets təmsilçisi ilə rəsmi müqavilə imzalayan Bosançiç artıq ilk məşqə də çıxıb.

Qeyd edək ki, Miloş Bosançiç ötən ilin yayında "Slovan"dan "Keşlə"yə keçsə də, avqustda "Sabah"la müqavilə bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest