Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Matc.az xəbər verir ki, yeni ildə ilk matçına çıxan komandamız Bakı İdman Sarayında Danimarka yığmasını qonaq edib.

Görüş millimiz üçün yaxşı başlamayıb. 5-ci dəqiqədə rəqib hesabı açıb. Fasiləyə komandalar bu hesabla yollanıb. İkinci hissəyə komandamız üstün başlayıb. Hesab isə 27-ci dəqiqədə bərabərləşib. Nihad İsmayılov uzaq məsafədən dəqiq oynayıb. Növbəti qol 32-ci dəqiqədə vurulub. Bu dəfə də qonaqlar fərqlənib və hesabı xeyrinə dəyişib. Rəqib 37-ci dəqiqədə daha bir qol vurub. Sona 14 saniyə qalmış qonaqların qapıçısı boş qapını nişan alıb. Beləliklə ilk oyunda qələbəni Danimarka futzalçıları qazanıb.

Bu komandalar arasında növbəti oyun yanvarın 24-də, saat 16:00-da, Bakı İdman Sarayında keçiriləcək.

Yoldaşlıq oyunu

Azərbaycan – Danimarka - 1:4
Qollar: Nihad İsmayılov, 26:25 // Rasmus Philipsen, 4:55, Kasper Rasmussen, 31:10, Hans Riken, 36:32, Niklas Fuchs-Kristiansen, 39:46

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest