"çelsi"nin yeni baş məşqçisi müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Mauritsio Sarrinin gedişindən sonra yaranmış boşluğu "Derbi"nin çalışdırıcısı Frenk Lempard tutacaq.

"Zadəganlar" sabiq kapitanla danışıqları artıq yekunlaşdırıb. London təmsilçisi gələn həftə yeni baş məşqçisini təqdim etməyi planlaşdırır. "çelsi" bu keçid müqabilində "Derbi"yə 4 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Lempardın debüt mövsümündə "Derbi" çempionşipdə pley-offa vəsiqə əldə etsə də, Premyer Liqaya son anda yüksələ bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest