"Normal oyun keçdi. Avstriyada ilk görüşümüz idi. İstərdik ki, birinci rəqibimiz bir az asan olsun. Amma "Ludoqorets" yetəri qədər güclüydü". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu bu gün ilk yoxlama görüşünə çıxıb. Ağdam təmsilçisi Bolqarıstan klubu "Ludoqorets"ə 0:2 hesabı ilə məğlub olub.

Qarşılaşmanı dəyərləndirən Qurbanov komandadan razılıq bildirib: "Bu oyunun bizim üçün çox faydası olduğunu düşünürəm. Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadı. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldu. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest