Yeni mövsüm hazırlıqlarını davam etdirən klublar təlim-məşq toplanışları çərçivəsində yoldaşlıq oyunları da keçirirlər. Matc.az saytının məlumatına görə, belə oyunların birində UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"in rəqibi olacaq "Universitat Krayova" Rusiyanın "Orenburq" klubu ilə qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran tərəflər yekunda bərabərliyə razılaşıblar.

Hesabı rumınlar açıb. Fortes 35-ci dəqiqədə komandasını sevindirib. İkinci hissədə Malyarovun qolu oyunda son nəticəni təyin edib – 1:1.

Qeyd edək ki, "Universitat Krayova"nın növbəti hazırlıq oyunu Azərbaycan çempionu "Qarabağ"a qarşı olacaq. Görüş iyunun 25-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest