Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" heyətini gücləndirməyə davam edir. Matc.az saytının məlumatına görə, paytaxt klubu daha bir oyunçu ilə anlaşıb.

"Dənizçilər" ötən mövsümü "Zirə"də keçirmiş Bilal Həmdi ilə müqavilə imzalayıb.

Əlcəzairli oyunçu ilə anlaşmanın müddəti və şərtləri haqqında isə məlumat verilməyib.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"in rəqibi "Krayova" (Rumıniya) olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest