Azərbaycan millisinin üzvü Rüfət Hüseynov Oyunlara 1/8 finaldan başlayıb. Onun rəqibi David Alaverdian (İsrail) olub. 4:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala adlayıb.

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında 3-cü günə start verilib. Matc.az saytının məlumatına görə, "Uruçye Arena"da öncə 49 kq çəki dərəcəsində çıxış edən boksçular rinqə çıxıb.

Bu çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Rüfət Hüseynov Oyunlara 1/8 finaldan başlayıb. Onun rəqibi David Alaverdian (İsrail) olub. 4:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala adlayıb.

R.Hüseynov 1/4 finalda italiyalı Federiko Serra ilə üz-üzə gələcək. Sonuncu 1/8 finalda bolqarıstanlı Tinko Banabakova qalib gəlib.

Qeyd edək ki, 1/4 final görüşləri iyunun 25-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest