Heyətində köklü islahatlar aparan "Zirə" daha bir futbolçu ilə yollarını ayırıb. Müdafiəçi İlkin Qırtımov da paytaxt klubunu tərk edib. Qəsəbə təmsilçisi ilə müqavilə müddəti başa çatan Qırtımov "Zirə"dən ayrılan 13-cü oyunçu olub.

Heyətində köklü islahatlar aparan "Zirə" daha bir futbolçu ilə yollarını ayırıb. Matc.az saytının məlumatına görə, müdafiəçi İlkin Qırtımov da paytaxt klubunu tərk edib.

Qəsəbə təmsilçisi ilə müqavilə müddəti başa çatan Qırtımov yay fasiləsində "Zirə"dən ayrılan 13-cü oyunçu olub. Onun yeni klubu da artıq məlumdu. 29 yaşlı cinah müdafiəçisi yeni mövsümdən "Keşlə"nin formasını geyinəcək. Artıq "Keşlə"nin düşərgəsinə qoşulan Qırtımovun gün ərzində münasibətləri rəsmiləşdirməsi gözlənilir.

O, "Keşlə"nin mövsümlərarası fasilədə 6-cı transferi olacaq. Komanda buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, İqor Yovanoviç və Ziya Əzizovu heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest