Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən çox quru seriyaya malik qolkiperdi. Kostanay klubunun üzvü artıq 540 dəqiqədi ki, qapısında top görmür. Balayev axırıncı dəfə mayın 1-də "Ordabasi" ilə qarşılaşmada məyus olub.

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən çox quru seriyaya malik qolkiperdi. Matc.az-ın "Tobol"un rəsmi saytına istinadən məlumatına görə, Kostanay klubunun üzvü artıq 540 dəqiqədi ki, qapısında top görmür.

Balayev axırıncı dəfə mayın 1-də "Ordabasi" ilə qarşılaşmanın son dəqiqəsində məyus olub. Emil hazırda Qazaxıstanda quru seriyası ən yüksək olan qapıçıdı. Onu 310 dəqiqə ilə "Jetısu"lu Almat Bebkayev izləyir. "İrtış"ın qapıçısı Anton Çirin isə 186 dəqiqədi qapısının toxunulmazlığını saxlayır.

Qeyd edək ki, Qazaxıstan çempionatında 15 turdan sonra "Tobol" "Astana" ilə birlikdə (35 xal) turnir cədvəlinə başçılıq edir. Kostanay təmsilçisinin ehtiyatında 2 oyun var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest