"Kayzer Çifs"in sabiq futbolçusu Hendrik Ekstein "Qarabağ"a keçməyə çox yaxındı. Matc.az saytı xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikası (CAR) mətbuatı məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı orta sahə oyunçusunun hazırda danışıq apardığı yeganə Avropa klubu "Qarabağ"dı və tərəflərin ortaq məxrəcə gəlməsi an məsələsidi.

Ekstein özü açıqlamasında ad çəkməsə də, Avropadan bir klubla danışıq apardığını təsdiqləyib: "Açığı, vəziyyətimdə bir dəyişiklik yoxdu. Şəxsi məşqçimlə formada qalmaq üçün məşqlərimi davam etdirirəm. O, mənə çox kömək edir. Artıq yeni komandaya keçməyə hazıram. Avropada bir klubla danışığımız davam edir".

Qeyd edək ki, apreldə "Kayzer Çifs"lə yollarını ayıran Hendrik Ekstein bu yaxınlarda azad agent statusu alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest