"Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyra karyerasını İtaliyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Uruqvay millisinin üzvü "Milan"la anlaşıb.

Hazırda yığmasının heyətində Amerika Kubokunda iştirak edən xavbekin meneceri "rossonyerlər"lə görüşüb və tərəflər arasında razılıq əldə olunub. "Milan"ın yeni baş məşqçisi Marko Campaolonun israrla ixtiyarında görmək istədiyi 23 yaşlı oyunçu turnirdən sonra münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Lukas Torreyra ötən mövsüm "topçular"ın heyətində 34 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest