"Çelsi"nin hücumçusu Liam Delap Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Everton" İngiltərə millisinin üzvünü transfer etmək istəyir. Mersisayd təmsilçisi 23 yaşlı forvard üçün yayda London klubuna 30 milyon funt-sterlinqlik təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Liam Delap bu mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə keçirdiyi 25 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest