Millimizin kubalı legioneri Lorenzo Sotomayor isə kosovalı Patriot Behrami ilə qarşılaşıb. Təmsilçimiz 4:1 hesablı qələbə ilə yarımfinala yüksəlib. Final yolunda Sotomayorun rəqibi Böyük Britaniya təmsilçisi Pet Makkormak olacaq.

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün boks yarışlarında 1/4 final görüşləri keçirilib.

Azərbaycanın 3 boksçusu yarımfinala çıxmaq uğrunda mübarizə aparıb.

Minsk – 2019

Boks

1/4 final

60 kq

Bu çəkidə mübarizə aparan Cavid çələbiyev Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. 2:3 hesabı ilə məğlub olan idmançımız mübarizəsini yekunlaşdırıb.

 

69 kq

Millimizin kubalı legioneri Lorenzo Sotomayor isə kosovalı Patriot Behrami ilə qarşılaşıb. Təmsilçimiz 4:1 hesablı qələbə ilə yarımfinala yüksəlib. Final yolunda Sotomayorun rəqibi Böyük Britaniya təmsilçisi Pet Makkormak olacaq.

 

81 kq

Digər legionerimiz Alfonso Domingez isə belçikalı Ziyad El-Moxoromla döyüşüb. Qələbə qazanan idmançımız yarımfinalda italiyalı Simone Fiori ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest