Moldova kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sperantsa" ilk görüşdəcə cütün taleyini həll edib.

Nisporeni təmsilçisi aşağı liqadan olan adaşı Drokiya "Sperantsa"sını doğma arenasında 6:1 hesabı ilə məğlub edib. Bununla "Neftçi"nin rəqibi cavab görüşünü formallaşdırıb və 1/4 finala vəsiqəni, demək olar ki, təmin edib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest