Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" transfer çalışmalarını davam etdirir. Paytaxt təmsilçisi heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirib. Belə ki, son klubu "Astra" olan Eriko Konstantino da Silva yeni mövsümdən Aftandil Hacıyevin ixtiyarında olacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" transfer çalışmalarını davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirib.

Belə ki, son klubu "Astra" olan Eriko Konstantino da Silva yeni mövsümdən Aftandil Hacıyevin ixtiyarında olacaq. Braziliyalı mərkəz müdafiəçisi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Səbail" buna qədər Kamal Bayramov, Dilan Duventru, Bilal Həmdi, Urfan Abbasov, Turan Manafov, Daniel Bojinovski, Mirabdulla Abbasov və Fəhmin Muradbəyli ilə anlaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest