Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" bu gün ilk yoxlama görüşünə çıxıb. Rəqib yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə" olub. Zirə Olimpiya Kompleksinin stadionunda baş tutan qarşılaşmada qollu bərabərlik qeydə alınıb.

ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" bu gün ilk yoxlama görüşünə çıxıb. Matc.az saytının məlumatına görə, rəqib yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə" olub.

Zirə Olimpiya Kompleksinin stadionunda baş tutan qarşılaşmada qollu bərabərlik qeydə alınıb. Belə ki, "Qəbələ"nin üzvü Murad Musayev hər iki qapıya yol tapıb.

Qeyd edək ki, "Qəbələ" iyulun 4-də, "Zirə" isə 20-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.

 

Yoxlama görüşü

29 iyun

"Zirə" - "Qəbələ" - 1:1

Qollar: Murad Musayev (avtoqol) - Murad Musayev

Zirə Olimpiya Kompleksinin stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest