"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Atletiko Paranaense"nin müdafiəçisi Renan Lodini transfer edib.

Klublar bu keçiddə hərtərəfli razılıq əldə edib. Braziliya klubu 22 yaşlı oyunçunun transferindən 25 milyon avroluq gəlir əldə edib. Lodi yaxın günlərdə yeni komandası ilə rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Atletiko Paranaense"nin yetirməsi olan Renan Lodi 2016-cı ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest