Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" Türkiyə toplanışını başa vurmaq üzrədi. Bakılılar bu gün son yoxlama görüşünə çıxıb. Baş məşqçi Roberto Bordin "Vorskla" ilə qarşılaşmada yetirmələrini sınayıb.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" Türkiyə toplanışını başa vurmaq üzrədi. Matc.az saytının məlumatına görə, bakılılar bu gün son yoxlama görüşünə çıxıb.

Baş məşqçi Roberto Bordin "Vorskla" ilə qarşılaşmada yetirmələrini sınayıb. Ukrayna təmsilçisi ilə oyun "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydanında baş tutub. 5 qolun vurulduğu matçda ukraynalılar 3:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, toplanış çərçivəsində "OİK-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniya klubu "Politexnika İaşi" ilə görüşü güclü dumana görə 11-ci dəqiqdə dayandırılmışdı. Paytaxt təmsilçisi sabah Vətənə dönəcək.

 

Yoxlama görüşü

30 iyun

"Neftçi" - "Vorskla" (Ukrayna) - 2:3

Qollar: Vangelis Platellas, 29; Dario Frederiko, 33

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest