"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal" yeni transfer həyata keçirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Sergey Tkaçev Tula klubuna keçib.

30 yaşlı oyunçu son iki ili icarə əsasında məhz "Arsenal"da keçirib. Klub rəhbərliyi, nəhayət ki, onu Moskva MOİK-indən birdəfəlik transfer edə bilib. Tkaçev ötən mövsüm Premyer Liqada 26 oyunda iştirak edib, 5 qol, 7 assistlə yadda qalıb.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının II raundunda "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest