ötən mövsüm başa çatan kimi "Atletiko" ilə yollarını ayıran Dieqo Qodinin yeni klubu rəsmən müəyyənləşib. Matc.az xəbər verir ki, Uruqvay millisinin müdafiəçisi öncədən də gözlənildiyi kimi, "İnter"lə anlaşıb.

"Neradzurra" onunla müqavilə imzalandığını tvitter səhifəsi vasitəsilə bəyan edib. Ulduz futbolçu yeni komandası ilə 3 illik sazişə qol çəkib. 33 yaşlı mərkəz müdafiəçisi azad agent statusu daşıdığından, o, italyanlara havayı başa gəlib.

Qeyd edək ki, Dieqo Qodin 2010-cu ildən bəri "Atletiko"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest