"Real" "Liverpul"un hücumçusu Sadio Manenin transferində israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" ulduz futbolçu ilə bağlı qarşı tərəfə müraciət edib.

Belə ki, madridlilər Manenin keçidi müqabilində öz oyunçusu Marko Asensionu "qırmızılar"a verməyə hazırdı. 23 yaşlı Asensionun transfer qiyməti 85 milyon avroya bərabərdi. İspaniya nəhəngi də onu 27 yaşlı Mane ilə dəyişmək niyyətindədi. "Real"ın bu təklifinə "Liverpul"un hansı cavabı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, "Real" ötən il də Maneni istəmiş, lakin "Liverpul" satmaqdan imtina etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest