Futbol üzrə I divizionda VIII tur davam edir. Matç.az saytının məlumatına görə, bu gün daha 2 oyun keçirilib.

Lider MOİK öz meydanında aşağı pillələrdə qərarlaşan "Ağsu"nun müqavimətini qıra bilməyib. Autsayderlər mövqeyində olan "Keşlə"nin ikinci komandası "Qarabağ"a qalib gəlib. Bakılıların əsas heyətinin hücumçusu Bahodir Nasimov bu görüşdə dubl edib.

 

I divizion

VIII tur

26 oktyabr

"Keşlə-2" – "Qarabağ-2" – 3:1

Qollar: Bahodir Nasimov, 7, 58 (pen.); Seymur Əsədov, 42 – Rövlan Muradov, 17

MOİK – "Ağsu" – 1:1

Qollar: Raul Yaqubzadə, 52 – Elnur Səmədov, 33 (pen.)

 

Qeyd edək ki, turun son matçı oktyabrın 29-da "Sabah-2" ilə "Zirə-2" arasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest