Fransa çempionu PSJ ilə müqaviləsinin müddəti bitən Adrien Rabyonun İtaliyanın "Yuventus" klubuna transferi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
 
Fransız yarımmüdafiəçi artıq yeni klubunda tibbi müayinədən də keçib. "Yuventus" qısa zaman içində 24 yaşlı futbolçu üçün imza mərasimi təşkil edəcək. Tərfələr 4 illik müqavilə imzalayacaqlar. 
 
Rabyo "Yuventus"a azad agent kimi keçdiyindən, İtaliya çempionu heç bir təzminat ödəməyəcək. 
 
Fransa yığmasının da üzvü olan yarımmüdfiəçi PSJ-dən başqa bir müddət "Tuluza"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest